BAKI, 7 oktyabr. TELEQRAF
Şri-Lankanın keçmiş birinci xanımı Şiranti Rajapaksa uşaq xəstəxanası üçün tibbi avadanlıq alınmasına toplanan ianələrin mənimsənilməsi iddiası ilə həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə "BBC News" ölkənin korrupsiyaya qarşı mübarizə orqanlarına istinadən məlumat yayıb.
73 yaşlı Şiranti Rajapaksa çərşənbə günü Kolombo şəhərindəki polis bölməsində saxlanılıb.
Müstəntiqlər “Siriliya Saviya” xeyriyyə təşkilatı tərəfindən toplanan 10 milyon Şri-Lanka rupisinin (təxminən 30 min 300 dollar) taleyini araşdırırlar.
Qeyd edək ki, o keçmiş prezident Mahinda Rajapaksanın həyat yoldaşıdır.