BAKI, 16 sentyabr. TELEQRAF

Yəmən üsyançı hərəkatı Ənsar Allah (Husilər) Yəməndə vurulduğu iddia edilən Səudiyyə Ərəbistanına məxsus F-15 qırıcı təyyarəsinin görüntülərini yayımlayıb.

Teleqraf xəbər verir ki, görüntülər Husilərin "Telegram" kanalında yerləşdirilib.

Təyyarənin respublikanın şimal-şərqindəki Marib əyaləti üzərində vurulduğu iddia edilir.

Başqa heç bir təfərrüat verilməyib.