BAKI, 15 sentyabr. TELEQRAF
Bu il Rusiyanın hücumları nəticəsində 10 anbarı məhv edilən BMT humanitar yardımların yeraltına köçürülməsini nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, BMT-nin Ukraynadakı Humanitar Yardım üzrə Koordinatoru Matthias Schmaleyə görə, təşkilat Rusiyanın hücumları nəticəsində yardımların məhv olma riskini azaltmaq üçün yollar axtarır.
Onun sözlərinə görə, bu il artıq BMT-nin 10 anbarına zərbə endirilib və milyonlarla dollar dəyərində humanitar yardım məhv olub.
Ümumdünya Səhiyyə Təşkilatının tibbi ləvazimatların saxlanıldığı əsas anbarlarından biri sentyabrın əvvəlində zərbəyə məruz qalıb.
Şmale bildirib ki, anbarlara edilən hücumlar son bir neçə ayda sürətlənib.