BAKI, 15 sentyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Baş prokuror Ruslan Kravçenkonun vəzifəsindən azad edilməsi barədə qərarı təsdiqləyib.
Teleqraf xəbər verir ki, Fərmanda deyilir: "Ruslan Andriyoviç Kravçenko Baş prokuror vəzifəsindən azad edilsin".
Ruslan Kravçenko ilə bağlı qalmaqal güc strukturlarının "Karfagen" adlandırılan istintaqa başlamasından sonra baş verib.
Onun istefası hüquq-mühafizə orqanlarının əməkdaşlarının Baş Prokurorluğun şöbələrindən birinin rəhbəri Sergey Kropyva tərəfindən yaradılan cinayətkar şəbəkənin ifşa etməsindən sonra gündəmə gəlib.
Təşkilatın üzvləri işlərinə müdaxilə etməmək müqabilində saxta çağrı mərkəzlərindən sistematik şəkildə rüşvət almaqda şübhəli bilinirlər.
İstintaq zamanı Kravçenko 7 sentyabrda istefa ərizəsi verib. O, bunu şüurlu siyasi qərar adlandırıb və Baş prokuror vəzifəsindən siyasi qarşıdurma üçün bir vasitə kimi istifadə edilməsini istəmədiyini bildirib.