BAKI, 16 sentyabr. TELEQRAF

İsrail ordusu Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının Rəfah briqadasının komandiri Nail Əbu Ubeydin öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nail Əbu Ubeyd Qəzza zolağına endirilən dəqiq zərbə nəticəsində öldürülüb.

İsrail tərəfinin məlumatına görə, Əbu Ubeyd eyni zamanda HƏMAS-ın hərbi qanadının əməliyyat qərargahına rəhbərlik edib və təşkilatın ali rəhbərliyində əsas fiqurlardan biri olub.

Qeyd edək ki, Nail Əbu Ubeydin öldürülməsi barədə İsrailin müdafiə naziri İsrael Kats da açıqlama verib.