“Ermənistan heç vaxt Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini qaldırmayıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, 2018-ci ildən bəri Rusiya Prezidenti Vladimir Putin və digər yüksək vəzifəli şəxslərlə təmasadadır və Ermənistan heç vaxt hərbi bazanın çıxarılması məsələsini qaldırmayıb.

Baş nazir qeyd edib ki, Bişkekdən qayıtdıqdan sonra Putinin “Əgər Ermənistan bazanın çıxarılmasını istəyirsə, biz də onu çıxaracağıq” açıqlamasını görüb:

“Sonra brifinq zamanı jurnalistlər soruşdular, mən də cavab verdim ki, Ermənistan heç vaxt bazanın çıxarılması məsələsini qaldırmayıb, amma Rusiya onu çıxarmaq qərarına gələrsə, Ermənistan etiraz etməyəcək. Çünki bazanın mövcudluğu Ermənistan üçün həyati əhəmiyyət kəsb etmir. Əgər Rusiya bazanı saxlamaq istəyirsə, biz bunu müzakirə etməyə hazırıq. Bütün hekayə və bəyanatlar budur: nə çox, nə az”.