BAKI, 16 sentyabr. TELEQRAF
Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəisi Qriqol Liluaşvilini külli miqdarda rüşvət aldığına görə 13 il müddətinə azadlıqdan məhrum edib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
İstintaqa görə, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri iş adamlarından layihələri və digər məqsədləri üçün rüşvət alıb. O, həmçinin Tbilisi meriyasında müqavilələrini təsdiqlətmək üçün ona rüşvət verən yüksək vəzifəli məmura himayədarlıq edib.
Prokurorluğun məlumatına əsasən, son bir neçə ildə Liluaşvili təxminən 3 milyon dollar rüşvət alıb.