BAKI, 16 sentyabr. TELEQRAF

“Qəbələ”nin anqolalı futbolçusu Paulo Quimbila karyerasını 1-ci liqada davam etdirəcək.

Teleqraf xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 1 il müddətinə icarə əsasında “Gəncəbasar”a keçib. Klub futbolçunun transferini açıqlayıb.

Qeyd edək ki, “Gəncəbasar” hazırda turnir cədvəlində 6 xalla 3-cü pillədə qərarlaşıb.