BAKI, 15 sentyabr. TELEQRAF

ABŞ ordusu İran qüvvələrinin Amerika pilotsuz uçuş aparatını ələ keçirmək cəhdinin qarşısını alıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın sözçüsü kapitan Tim Hokins bildirib ki, İranın kiçik gəmiləri bu yaxınlarda ABŞ PUA-nı ələ keçirməyə cəhd edib, lakin bunun qarçlsl alınıb.

CENTCOM-un açıqlaması İran dövlət mediasının ABŞ qüvvələrinin bazar ertəsi günü iki balıqçı qayığına hücum etdiyini bildirməsindən sonra verilib. ABŞ komandanlığı hadisənin təfərrüatını açıqlamayıb.