BAKI, 16 sentyabr. TELEQRAF

Sabah Bakının Sabunçu və Xətai rayonlarının qazla təchizatında qısamüddətli fasilə yaranacaq.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşana qədər Bakının Sabunçu rayonunun R. Axundov, Oktyabr, N. Zeynalova küçələrinin, Yeni yaşayış massivinin, Xətai rayonunun M.Hadi , A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin və Babək prospektinin qazla təchizatı dayandırılacaq.