BAKI, 16 sentyabr. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı vaxtilə Qarabağda yaradılmış qondarma rejimin taleyilə bağlı verilən sualı cavablandırıb.

Teleqraf xəbər verir ki, Paşinyan müxalifətçi deputat Areqa Ovsepyanın Qarabağdan olan ermənilərin "Dağlıq Qarabağ nümayəndəliyi"nin binasında məskunlaşmağa məcbur edilmələrinə dair qeydinə sərt reaksiya verib.

Paşinyan millət vəkilinin sözlərinə cavab olaraq deyib ki, bu kimi addımlar Qarabağ ermənilərinə qarşı bir pislikdir: “Sizcə, Ermənistanda evi olmayan insan yoxdur? Niyə nümayəndəlikdə qalmalıdırlar? Qoy sizin evinizə getsinlər. Əgər sizə gəlsələr, şikayət etməyin. Sizin İrəvanda mənziliniz var, amma digər Qarabağ sakinlərinin yoxdur. Niyə? Qarabağdan olan bəzi insanlar yaşayış binalarına, onlarla evə və otelə sahibdirlər, qoy onları qaçqınları yerləşdirsinlər".

Qondarma rejimin dövlət qurumlarından danışarkən Paşinyan deyib ki, Ermənistanda iki dövlət ola bilməz: "Qeyd etdiyiniz struktur mövcud ola bilməz. O, Ermənistan Respublikasının idarəçiliyi altına keçməlidir. Baş nazir kimi, dövlət daxilində ikinci bir dövlətin, hökumətin və ya parlamentin mövcudluğunun qarşısını almaq üçün ən sərt tədbirlərdən istifadə edəcəyəm".