BAKI, 16 sentyabr. TELEQRAF
İsveçrənin Vale kantonundakı Fluchalp şəhəri yaxınlığında "Cirrus SR22T" kiçiktutumlu təyyarə qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, yerli polisin verdiyi məlumata görə, təyyarədə olan hər üç nəfər həlak olub.
Qeyd olunur ki, hazırda qurbanların şəxsiyyəti və təyyarə qəzasının səbəbləri müəyyən edilir.