BAKI, 16 sentyabr. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində helikopter qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində azı 3 nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.

Bildirilir ki, helikopter yerli media qurumlarından birinə məxsus ola bilər. Qəzanın səbəbi hələlik məlum deyil.

Helikopter sentyabrın 15-də Los-Anceles ətrafında baş vermiş iri yol-nəqliyyat hadisəsinin yaxınlığında qəzaya uğrayıb.