BAKI, 16 sentyabr. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi ilə bağlı fikir ayrılığına düşüblər.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Demokratlar Partiyasının Nümayəndələr Palatasındakı rəhbərliyi mərhum senator Lindsi Qremin adını daşıyan Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsinin əleyhinə çıxıb. Bununla belə, fraksiyanın bir sıra üzvləri bu mövqeyi bölüşmür və sənədi dəstəkləməyi nəzərdən keçirirlər.
Fikir ayrılığının əsas səbəblərindən biri qanun layihəsinin ABŞ Prezidentinə Rusiya neftinin ən böyük alıcılarına qarşı 100 faizə qədər gömrük rüsumu tətbiq etmək səlahiyyəti verməsidir.
Demokrat konqresmenlər Qreq Miks, Don Bayer və Riçard Nil birgə bəyanatda Ukraynanı dəstəklədiklərini, lakin hazırkı qanun layihəsinin nəzərdə tutulan faydadan daha çox zərər verə biləcəyini bildiriblər.
Qeyd edək ki, qanun layihəsi avqustun 7-də Senatda 86 lehinə, 11 əleyhinə səslə qəbul edilib və indi Nümayəndələr Palatasının təsdiqini gözləyir.