BAKI, 16 sentyabr. TELEQRAF

İranın Səudiyyə Ərəbistanı və Küveytdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələrin nəticələrini əks etdirən fotolar yayımlanıb.

Teleqraf xəbər verir ki, görüntüləri bölgədə xidmət edən amerikalı hərbçilər “CBS News” telekanalına təqdim ediblər.

Hərbçilər bazalara ciddi ziyan dəydiyini və dağıntıların miqyasının ABŞ ictimaiyyətinə tam açıqlanmadığını bildiriblər.

Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasından təqdim olunan fotoda “Boeing E-3 Sentry” təyyarəsinin zərbə nəticəsində quyruq hissəsinin gövdədən ayrıldığı görünür.

Küveytdəki “Camp Buehring” hərbi bazasından çəkilən görüntülərdə isə dağıdılmış binalar və zədələnmiş avtomobillər əks olunub.