BAKI, 15 sentyabr. TELEQRAF
Gürcüstan paytaxtı Tbilisinin mərkəzində Tramp Qülləsi layihəsinin təqdimatı keçirilib. Mərasim yerli televiziya kanallarında canlı yayımlanıb.
Teleqraf xəbər verir ki, mərasimdə çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə görə, Tbilisinin mərkəzində 2 milyard dollarlıq investisiya müstəsna iqtisadi və turistik cəlbediciliyə malik yeni bir reallıq yaradacaq.
Layihəyə 280 metr hündürlüyündə 62 mərtəbəli bina daxildir. Tikintinin 2031-ci ildə başa çatdırılması planlaşdırılır.
Mərasimdə ABŞ prezidenti Donald Trampın oğlu və "The Trump Organization"ın vitse-prezidenti Erik Tramp da iştirak edib.