İranla altı aydan çoxdur davam edən müharibə ABŞ-yə 42 milyard dollara başa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun avqust ayında Konqresin müdafiə komitələrinə təqdim etdiyi məlumatda bildirilib.

Qeyd edək ki, Ağ Ev iyun ayında Konqresdən 87,6 milyard dollarlıq əlavə maliyyələşdirmə istəyib. Bunun 67,1 milyard dollarının əsasən Yaxın Şərqdəki hərbi əməliyyatların təmin edilməsinə yönəldilməsi nəzərdə tutulur.