BAKI, 16 sentyabr. TELEQRAF
İranın Qeşm şəhərində bir neçə partlayış səsi eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə İranın IRNA dövlət informasiya agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış səsləri dəniz istiqamətindən gəlib.
Hadisənin səbəbi və mümkün fəsadları barədə hələlik məlumat verilməyib.