BAKI, 16 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə “Forbes” jurnalının hesablamalarında bildirilib.

Nəşrin məlumatına görə, Trampın sərvətinin artmasında kriptovalyuta layihələrindən əldə olunan gəlirlər və xarici şirkətlərlə biznes əlaqələri mühüm rol oynayıb. “Forbes” hazırda ABŞ prezidentinin sərvətini təxminən 7 milyard dollar qiymətləndirir.

Bununla yanaşı, Trampın sərvəti son bir ildə 300 milyon dollar azalıb. Belə ki, 2025-ci ilin sentyabrında onun sərvəti rekord 7,3 milyard dollar səviyyəsində qiymətləndirilirdi. Azalma əsasən “Trump Media”, “World Liberty Financial” və “$TRUMP” memkoininin dəyərinin aşağı düşməsi ilə əlaqələndirilir.

“Forbes 400” siyahısında Tramp ötən illə müqayisədə 44 pillə geriləyərək 245-ci yerə düşüb.