BAKI, 10 avqust. TELEQRAF
Kolumbiyanın Kali şəhərində güclü zəlzələdən sonra azı 20 bina uçub, dağıntılar altında qalan 30 nəfərin meyiti çıxarılıb.
Teleqraf xəbər verir ki, şəhərin meri Alexandro Ederin sözlərinə görə, dağıntılar altında qalanlar var.
"Biz artıq Kalinin bütün təcili yardım xidmətləri ilə birlikdə bu fövqəladə vəziyyəti həll etmək üçün çalışırıq", - deyə o, sosial mediada yazıb.
Ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, Kolumbiyanın qərbində bazar ertəsi 7,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində, Boqotadan təxminən 280 kilometr məsafədə olub.