BAKI, 10 avqust. TELEQRAF

İran nümayəndələri ABŞ ilə danışıqlar zamanı ölkənin dondurulmuş aktivlərinə çıxışın bərpa edilməsinə xüsusi diqqət yetirirlər.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Fox News” telekanalının efirində bildirib.

“Hazırda iranlılar maliyyə naziri Skott Bessentdən müdafiə naziri Pit Heqsetdən daha çox qorxurlar. Danışıqlar masasına oturanda puldan danışırlar. Onlar daim nağd vəsaitə və bizim dondurduğumuz aktivlərinə çıxış istəyirlər”, - Uolts deyib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə edilmiş razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə genişmiqyaslı zərbələri bərpa edib.