SAMUX, 9 avqust. TELEQRAF

Ötən gün Kür çayında batan 17 yaşlı Gülnaz Məmmədovun faciəvi ölümünün bəzi detalları bilinib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, mərhum 10 yaşından kiqboksinq idman növü ilə məşğul olub. Dəfələrlə rayon çempionu, müxtəlif yarışların mükafatçısı, ikiqat Azərbaycan çempionu olub. İlkin məlumata görə, hadisə zamanı G.Məmmədova 6 yaşlı qardaşını xilas etmək istəyərkən suda boğulub.

Məlumat üçün bildirək ki, hadisə Samux rayonunun Yenikənd kəndində baş verib. Ailə həmin əraziyə istirahət üçün gəlibmiş.

9 avqust
17:14

Kür çayının Samux rayonundan keçən hissəsində 17 yaşlı qız batıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə çayın Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhərinin Məhsəti qəsəbə sakini olan 2009-cü il təvəllüdlü Gülnaz Məmmədovanın tapılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.

Hazırda FHN əməkdaşları tərəfindən axtarış-xilasetmə tədbirləri davam etdirilir.