BAKI, 10 avqust. TELEQRAF
Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Pol Kapur ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Qırğızıstan-ABŞ münasibətlərini, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini, sanksiyaları, eləcə də viza prosedurları və viza depozitlərinin tətbiqi ilə bağlı məsələləri müzakirə ediblər.
Qırğızıstan və ABŞ arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.
Jenbek Kulubayev və Pol Kapur qarşıdakı təmaslar və ikitərəfli tədbirlərin cədvəlini də müzakirə ediblər. Tərəflər siyasi dialoqun davam etdirilməsində və Qırğızıstan-ABŞ münasibətlərinin gücləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.