BAKI, 10 avqust. TELEQRAF

Amerikalı milyarder İlon Mask Texasda inşa edilməsi planlaşdırılan “Terafab” çip istehsalı zavodunun layihəsini təqdim edib.

Teleqraf xəbər verir ki, Mask layihənin görüntülərini “X” sosial şəbəkəsində paylaşıb.

“Texasdakı ‘Terafab’ Yer kürəsinin ən böyük və ən dəyərli binası olacaq”, - Mask bildirib.

“SpaceX”in məlumatına görə, müəssisənin ümumi sahəsinin təxminən 9,3 milyon kvadratmetr olması nəzərdə tutulur. Layihə reallaşdırıldıqdan sonra “Terafab”ın dünyanın ən böyük çip istehsalı zavoduna çevriləcəyi bildirilir.

Zavodda istehsal ediləcək çiplər “Optimus” humanoid robotlarında, “Cybercab” robotaksilərində, eləcə də “SpaceX”in kosmik məlumat emalı mərkəzlərində istifadə olunacaq.

Mask martın 22-də “Terafab” layihəsinin başladığını rəsmən elan edib. Onun sözlərinə görə, layihə ona məxsus “Tesla”, “xAI” və “SpaceX” şirkətlərinin birgə təşəbbüsü olacaq.