BAKI, 10 avqust. TELEQRAF
“Əgər Ukrayna İrana dəyən ziyanı ödəməsə, Tehran Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran ticarət gəmisinə hücumuna görə Kiyevdən qisas alacaq”.
Teleqraf xəbər verir ki, bu xəbərdarlıq İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi tərəfindən edilib.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib: “Mövqeyimizi açıq şəkildə bildirmişik. Ukrayna tərəfinin bu hadisənin qəsdən baş verməsi ilə bağlı iddiaları bizi qane etmir”.
Xatırladaq ki, Ukrayna iyulun 25-də Xəzər dənizində üzən İran gəmisinə zərbə endirib. Hücum nəticəsində bir heyət üzvü həlak olub, digəri isə yaralanıb.