BAKI, 10 avqust. TELEQRAF
Ukraynanın paytaxtı Kiyevdə hava həyəcanı elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə əhalinin xəbərdar edilməsi üzrə rəsmi resursun məlumatlarında bildirilib.
Sonradan Ukraynanın “Suspilne. Novini” nəşri Kiyevdə hava həyəcanının ləğv edildiyini açıqlayıb. Paytaxtda həyəcan siqnalları 19 dəqiqə davam edib.
Hava həyəcanı Vinnitsa, Jitomir, Kiyev, Kirovoqrad və Çerniqov vilayətlərində də ləğv olunub.
Son məlumata görə, Dnepropetrovsk, Nikolayev, Poltava, Sumı və Çerkassı vilayətlərində isə hava həyəcanı davam edir.