BAKI, 10 avqust. TELEQRAF
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Yon Kornianu & Ladislav Simon” turnirində Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası 5 medal qazanıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında mübarizə aparan millinin üzvlərindən Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq), Qurban Qurbanov (87 kq) və Məzaim Mərdanov (130 kq) qızıl medal əldə edib.
İlkin Qurbanov (63 kq) isə yarışı bürünc medalla başa vurub.
Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub.