BAKI, 9 avqust. TELEQRAF
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt ölkənin hər gün “hibrid müharibə” çərçivəsində hücumlarla üzləşdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Biz müharibə vəziyyətində deyilik, lakin hər gün hibrid müharibənin hədəfinə çevrilirik. Casusluq, təxribat, kiberhücumlar və ya xarici dövlətlərin Almaniyanı sabitsizləşdirməyə və ya birbaşa zərər vurmağa yönəlmiş gizli əməliyyatları daimi reallıqdır”, – Dobrindt deyib.
Nazirin sözlərinə görə, xarici dövlətlər Almaniyanı siyasi və sosial baxımdan öz təsirləri altına salmağa, cəmiyyətdə qorxu yaratmağa çalışırlar.
Dobrindt qeyd edib ki, bu, Almaniyanın daim qarşılaşdığı reallıqdır.