BAKI, 9 avqust. TELEQRAF
Fransanın Avropa hissəsində 96 departamentdən 67-də quraqlıqla bağlı böhran vəziyyəti müşahidə olunur.
Teleqraf xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Quraqlıqdan xüsusilə ölkənin qərbində yerləşən Vandeya, Şaranta və Dənizkənarı Şaranta, eləcə də şərqdəki Kot-d'Or departamentləri zərər çəkib.
Telekanalın məlumatına görə, Fransadakı kiçik çay və dərələrin 43 faizi artıq tamamilə quruyub və ya quruma prosesindədir. Bu göstərici indiyədək görünməmiş səviyyə kimi qiymətləndirilir.