BAKI, 10 avqust. TELEQRAF
Belarusun xarici işlər naziri Maksim Rıjenkov Latviyanın Belarusla sərhədi bağlamasını Avropa İttifaqından əlavə maliyyə əldə etmək cəhdi ilə əlaqələndirib.
Teleqraf xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib.
Nazirin sözlərinə görə, Latviyanın sərhədi bağlamasının əsas məqsədlərindən biri Avropa İttifaqının strukturlarından əlavə maliyyə əldə etməkdir.
“Yekunda əsas məqsəd, həmişə olduğu kimi, Avropa strukturlarından əlavə maliyyələşmə əldə etməkdir. Polşa və Litvada da bunun şahidi olmuşuq”, – Rıjenkov deyib.
Qeyd edək ki, bundan əvvəl Latviyanın daxili işlər naziri Yanis Dombrova Latviya-Belarus sərhədinin texniki səbəblərdən bağlandığını açıqlamışdı.