BAKI, 10 avqust. TELEQRAF

Bakı Limanında 2026-cı ilin yanvar-iyul aylarında 72 min TEU-dan çox konteyner aşırılıb və ötən ilin 7 ayının göstəricisi 20% üstələnib.

Bu barədə Teleqraf-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, analoji dövrdə Limanda quru yüklər üzrə də müsbət dinamika qeydə alınıb. Belə ki, 7 aylıq dövrdə 1,4 milyon tondan çox quru yük aşırılıb ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 82% yüksəkdir.

Ümumilikdə bu ilin yanvar-iyun dövründə Limanda 4,8 milyon tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.