BAKI, 10 avqust. TELEQRAF
Donetskdə pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində iki nəfər ölüb, daha yeddi nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə regionun rəhbəri Denis Puşilin “Max” platformasındakı kanalında məlumat verib.
Onun sözlərinə görə, gün ərzində həyata keçirilən zərbə PUA-larının hücumları nəticəsində iki dinc sakin həyatını itirib.
“Daha yeddi dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb”, - Puşilin bildirib.
Hadisələrin baş verdiyi ərazilər və yaralıların vəziyyəti barədə əlavə məlumat verilməyib.