BAKI, 10 avqust. TELEQRAF

İsrail Qəzza zolağı ilə bağlı 15 bəndlik planla razılaşmamasına baxmayaraq, Sülh Şurası ilə əməkdaşlığı davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) Sülh Şurasının rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun planın qəbuledilməz olması ilə bağlı açıqlamalarına baxmayaraq, İsrail nümayəndələri Qəzza zolağında Sülh Şurası ilə praktiki əməkdaşlıq edir.

Bildirilib ki, tərəflər arasında müzakirə olunan məsələlərdən biri də İsrailin Qəzzaya endirdiyi zərbələrin intensivliyinin azaldılmasıdır.

Xatırladaq ki, Netanyahu daha əvvəl İsrailin Sülh Şurasının Qəzza ilə bağlı 15 bəndlik planını qəbul etmədiyini açıqlayıb. O bildirib ki, HƏMAS tam şəkildə tərksilah olunmayana qədər İsrail ordusu Qəzza zolağından çıxmayacaq.