BAKI, 9 avqust. TELEQRAF

ABŞ-nin sabiq prezidenti Co Bayden oğlu Hanter Baydenin atasının səhhətinin pisləşməsi və xəstəliklə bağlı ağrılarının artması barədə açıqlamasından sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Nəşrin məlumatına görə, sabiq prezident avqustun 8-də Delaver ştatının Uilminqton şəhərində görüntülənib. Bayden "Brandywine Valley" kilsəsində keçirilən ayindən sonra kilsədən çıxaraq ABŞ Məxfi Xidmətinin əməkdaşlarının müşayiəti ilə avtomobilinə doğru gedib.

Nəşr onun həmin vaxt zəif göründüyünü yazıb.

Qəzetin məlumatına görə, Co Bayden mütəmadi olaraq həmin kilsədə ayinlərə qatılır.