BAKI, 10 avqust. TELEQRAF
ABŞ hərbçiləri İranın dəniz blokadasının iyulun 14-də bərpa edilməsindən sonra 55 kommersiya gəmisinin hərəkət istiqamətini dəyişdirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında məlumat yayıb.
“Avqustun 9-na olan məlumata görə, CENTCOM qüvvələri blokadanın icrasını təmin etmək məqsədilə 55 kommersiya gəmisinin marşrutunu dəyişdirib, iki gəmini sıradan çıxarıb və daha iki gəmiyə çıxaraq yoxlama həyata keçirib”, - məlumatda bildirilib.
Qeyd edək ki, avqustun 8-də marşrutu dəyişdirilən kommersiya gəmilərinin sayı 51 idi. Beləliklə, son açıqlamaya əsasən, bu rəqəm 55-ə yüksəlib.