“Qəbələ” növbəti transferini rəsmiləşdirib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Edson Eduardo ilə 3 illik müqavilə bağlanıb.

24 yaşlı oyunçu son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.