BAKI, 9 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Zaporojye şəhərində hərbi patrullar sakinlərə yaxın 48 saat ərzində şəhərdən mümkün qədər çıxmağı tövsiyə edib.
Teleqraf xəbər verir ki, bu barədə avqustun 9-da TASS Rusiya güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Zaporojyedə hərbi patrullar şəhər sakinlərinə növbəti 48 saat ərzində imkan daxilində şəhəri tərk etməyi tövsiyə edib.
Onun iddiasına görə, bu cür çağırışlar Ukraynanın cəbhəyanı ərazilərində yerləşən bir sıra yaşayış məntəqələrində mütəmadi səslənir.
Mənbə bildirib ki, bu tədbirlərin məqsədlərindən biri Ukrayna Silahlı Qüvvələrində hərbi xidmətdən yayınan şəxslərin müəyyənləşdirilməsi, eləcə də yaşayış fondunun Ukrayna ordusunun şəxsi heyətinin yerləşdirilməsi üçün boşaldılmasıdır.