SUMQAYIT, 10 avqust. TELEQRAF
Sumqayıtda bədbəxt hadisə baş verib.
Teleqraf-ın yerli bürosunun xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində qeydə alınıb.
Məlumata görə, 2007-ci il təvəllüdlü Elnur Vidadi oğlu İsmayılzadə usta köməkçisi çalışdığı müəssisədə iş görərkən damdan yıxılıb.
Ağır xəsarətlər alan 19 yaşlı gənc xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.