FÜZULİ, 10 avqust. TELEQRAF
Füzuli-Beyləqan avtomobil yolunda xəsarət alanların kimliyi məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Zülfüqar Şükürovun idarə etdiyi "Hyundai" markalı 99 RG 862 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan Adilə Şükürova, Məhsəti Səfəri və Safar Hasani müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Füzuli Beyləqan yolunda baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. TƏBİB-dən bildirilib ki, Füzuli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2 kişi, 2 qadın) 09.08.2026-cı il tarixində saat 19:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara sol bud sümüyünün boyun nahiyəsinin və sirkə kasasının, digər pasiyentlərə isə sol körpücük sümüyünün, sol dirsək sümüyünün distal hissəsinin və sol said sümüklərinin sınığı diaqnozları təyin olunub.
1967, 1982 və 1973-cü il təvəllüdlü şəxslər ixtisaslı tibbi yardımın göstərilməsi üçün Yeni Klinikaya, 2018-ci il təvəllüdlü şəxs isə Səhiyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.
***
09:10
Füzulidə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayon ərazisində hərəkətdə olan "Hyundai" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı şam ağacına çırpılıb.
Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.