BAKI, 10 avqust. TELEQRAF

Nyu-York birjasında qızılın qiyməti azalıb.

Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.14% azalaraq 4.398 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.88% bahalaşaraq 64.05 ABŞ dolları təşkil edib.