BAKI, 6 avqust. TELEQRAF

Pakistan hökuməti Azərbaycan, Ermənistan və Rusiya ilə münasibətlərin genişləndirilməsini xüsusi diqqətdə saxlayır.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi TASS-a müsahibəsində bildirib.

Diplomat Qafqaz regionunun ölkəsi ilə dərin tarixi bağlara malik olduğunu vurğulayıb:

"Regionda baş verən son proseslər tərəflər arasında təmasların qurulmasının zəruriliyini göstərir".

O, Pakistan, Azərbaycan və Ermənistan arasında iqtisadi, mədəni və xalqlararası əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.