BAKI, 5 avqust. TELEQRAF
Yəməndəki husilər Ədən körfəzində Səudiyyə Ərəbistanının "Daisy" neft tankerinə ballistik raketlə hücum etdiklərini iddia ediblər.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri bildirib.
"Silahlı "qüvvələr" Ədən körfəzində Səudiyyə Ərəbistanının "Daisy" tankerinə ballistik raketdən istifadə edərək hücum edə biliblər. Əməliyyat məqsədinə uğurla çatıb, gəmi zədələnib və geri qayıtmağa məcbur olub", - deyə o bildirib.