BAKI, 5 avqust. TELEQRAF

İngiltərənin “Aston Villa” klubunun qapıçısı Emiliano Martinez yay transfer pəncərəsində komandanı tərk etməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, argentinalı qolkiperin agenti Qustavo Qoni bu barədə “Sky Sports”a açıqlama verib.

Onun sözlərinə görə, 33 yaşlı futbolçu “Mançester Yunayted”, “Yuventus” və “İnter”in marağına baxmayaraq, komandadan ayrılmaq istəmir.

“Aston Villa” da daha əvvəl Martinezlə yollarını ayırmaq niyyətində olmadığını açıqlamışdı.

Qeyd edək ki, Emiliano Martinez 2020-ci ildən “Aston Villa”da çıxış edir. Klubun heyətində 250-dən çox oyun keçirən qapıçının müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.