BAKI, 5 avqust. TELEQRAF

“Geniş məsləhətləşmələr nəticəsində hazırlanan “Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında” qanun layihəsi bu gün Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə təqdim edilib”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, qanun layihəsi xalqın terror probleminin həllinə dair iradəsini əks etdirən geniş siyasi razılaşma əsasında hazırlanıb:

“Türkiyəni terror təhlükəsindən birdəfəlik xilas etməyi, milli birlik və həmrəyliyimizi möhkəmləndirməyi, ölkəmizdə və bölgəmizdə sabitlik və əmin-amanlıq mühitini gücləndirməyi hədəfləyən bu addımın xeyirli olmasını arzulayıram”.

Prezident qanun layihəsinin hazırlanmasına və prosesin uğurla irəliləməsinə töhfə verənlərə, xüsusilə də Cümhur İttifaqının tərəfdaşı olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya, həmçinin parlamentdə təmsil olunan digər siyasi partiyalara və deputatlara təşəkkür edib.