BAKI, 5 avqust. TELEQRAF
ABŞ-nin Müdafiə Nazirliyi gələcəkdə baş verə biləcək müharibələr üçün özünün nüvə silahı planını yeniləyir.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, pentaqon dünyanın hansısa bölgəsində böyük münaqişə yaranarsa, nələr edəcəyini indidən planlaşdırır.
Yeni hazırlanan bu strategiya məhz Rusiya və ya Çin kimi dövlətlərlə ehtimal olunan müharibə halları üçün nəzərdə tutulub.