BAKI, 5 avqust. TELEQRAF

Pakistan hökuməti xarici media nümayəndələrinin ölkə ərazisində sərbəst gediş-gəlişinə yeni məhdudiyyətlər tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin "Dawn" qəzeti məlumat yayıb.

Məlumata görə, xarici jurnalistlər və onlara kömək edən yerli vətəndaşlar paytaxt İslamabad, həmçinin Lahor və Karaçi şəhərlərindən kənara çıxmaq üçün mütləq xüsusi icazə kağızı almalıdırlar.

Bu icazə olmadan onların başqa bölgələrə gedib xəbər hazırlaması, video çəkməsi və ya material toplaması qadağandır.

Xüsusi icazə kağızlarını Pakistanın İnformasiya Nazirliyi verəcək.