BAKI, 5 avqust. TELEQRAF
İsrail ordusu Hizbullah qruplaşmasını atəşkəsi pozmaqda ittiham edərək cənubi Livana hücumları bərpa edib.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
İsrailin atəşə tutulması ABŞ-nin vasitəçiliyi ilə Romada danışıqlar aparılarkən baş verib.
İsrail Müdafiə Qüvvələrinin açıqlamasında deyilir: "Hizbullah terror təşkilatının atəşkəsi kobud şəkildə pozmasına cavab olaraq, İsrail Müdafiə Qüvvələri Livanın cənubuna dəqiq zərbələr endirməyə başlayıb" .
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Mənsuri şəhərinin sakinlərini təxliyə etməyə çağırmışdı.
Livan mediasının məlumatına görə, hücumlar nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.