BAKI, 5 avqust. TELEQRAF

Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində “TsNIImaş” (Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu) ərazisində yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın ASTRA Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, yanğının başvermə səbəbi hələlik açıqlanmayıb.

Qeyd olunub ki, “TsNIImaş” Rusiyanın kosmik sənayesinin əsas elmi-tədqiqat müəssisələrindən biri və “Roskosmos”un baş elmi mərkəzidir.

İnstitutun hazırladığı texnologiyalar ballistik raketlərin, naviqasiya sistemlərinin, peyk kəşfiyyatı vasitələrinin və hərbi təyinatlı digər sistemlərin istehsalında istifadə olunur.