BAKI, 5 avqust. TELEQRAF
Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölmələri, xüsusən də Hörmüz boğazında NATO-nun mina təmizləmə əməliyyatlarına qoşulmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk Ukrayna Radiosunun efirində bildirib.
"Ukrayna dəniz dövlətidir və biz qlobal mina təhlükəsizliyinə öz töhfəmizi verməliyik. İndi isə, lazım gələrsə, heyətimizi digər əməliyyatlara da cəlb edə bilərik. Məsələn, Hörmüz boğazında mina təhlükəsizliyi ilə bağlı vəziyyət hazırda çox təcilidir", - Pletençuk bildirib.