BAKI, 5 avqust. TELEQRAF

“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Teleqraf xəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə Danimarkanın “Orhus” klubuna 1:2 hesabı ilə məğlub olub.

Meydan sahiblərinin heyətində Ceyms Boqere 31-ci və 63-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb. “Sabah”ın yeganə qolunu isə 67-ci dəqiqədə Velko Simiç vurub.

Bu, Masazır təmsilçisinin turnirdəki ilk məğlubiyyəti olub.

Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazırda keçiriləcək.

***

23:00

"Sabah"ın "Orhus"la qarşılaşmada ikinci qolu qeydə alınmayıb.

Teleqraf xəbər verir ki, Stiv Solvetin rəqib qapıya göndərdiyi qol ofsayd səbəbilə ləğv edilib.

***

22:37

"Sabah" "Orhus"la qarşılaşmada fərqi minimuma endirib - 2:1.

Teleqraf xəbər verir ki, 67-ci dəqiqədə Velko Simiç fərqlənib.

Beləliklə o, bu mövsüm Çempionlar Liqasındakı qollarının sayını 4-ə çatdırıb.

***

21:34

"Orhus" "Sabah"la qarşılaşmada fərqi 2-yə çatdırıb.

Teleqraf xəbər verir ki, “Orhus”un futbolçusu Ceyms Boqere növbəti dəfə fərqlənib.

Uqandalı oyunçu 63-cü dəqiqədə dubla imza atıb.

***

21:16

"Orhus" - "Sabah" matçında ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, Masazır təmsilçisi hazırda hesabda 1:0 geridədir.

***

21:58

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Sabah” səfərdə Danimarkanın “Orhus” klubunun qonağıdır.

Teleqraf xəbər verir ki, qarşılaşmanın ilk hissəsi meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Oyunda yeganə qol 31-ci dəqiqədə vurulub. “Orhus”un futbolçusu Ceyms Boqere fərqlənib.

***

21:43

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Sabah" səfərdə Danimarka klubu "Orhus"la qarşılaşır.

Teleqraf xəbər verir ki, 31-ci dəqiqədə meydan sahibləri fərqlənib.

Qolun müəllifi Ceyms Boqere olub.

***

21:10

“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Valdas Dambrauskasın komandası Danimarkada “Orhus”un qonağıdır.

Randers stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edir.

Qeyd edək ki, cavab görüşü avqustun 11-də Masazırda keçiriləcək.